Azərbaycanda bazar qazancını bölüşəcək
27-05-2022, 08:40

“Zaqatala Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

AZİNFORM.AZ-ın məlumatına görə, yığıncaq 2022-ci il iyunun 14-də saat 10.00-da  Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi 44 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2021-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, təftiş komissiyasının hesabatı, balansın təsdiqi, balans mənfəətinin bölüşdürülməsi və dividendlərin hesablanması və cəmiyyətin idarəetmə orqanlarının seçilməsi məsələləri daxildir.





up