“Yelo Bank”da vergi qalmaqalı: Nazirliyi məhkəməyə verdi
7-09-2023, 11:47

“Yelo Bank” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.

 AZİNFORM.AZ ekonominfo.az-a istinadla xəbər verir ki, məhkəmə iddiası noyabr ayının 1-i tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrlyi ilə keçiriləcək.

Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.





up