Bakı-Quba ödənişli yolundan istifadə haqqı neçəyə olacaq? – RƏSMİ AÇIQLAMA
7-09-2023, 11:23

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib. Qərara əsasən yaxın gələcəkdə bu yoldan istifadə edəcək sürücülər ödəniş etməli olacaqlar.

Bəs, ödəniş necə tənzimlənəcək və hansı qiymətlər olacaq?

Suala cavab almaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirdi ki, hökümət qərarını açıqlayıb:

“Amma bu qərarın icrası zaman istəyir. Əvvəla ona görə ki, hələ ki, adı gedən avtomobil yolunda tikinti işləri yekunlaşmayıb. Tikinti işləri yekunlaşandan sonra ödənişləri həyata keçirəcək qurğular quraşdırılacaq. Və bundan sonra ödənişlər olacaq.

O ki, qaldı yoldan istifadə edənlər hər  kilometrə görə nə qədər ödəniş edəcəklərinə, bunu AAYDA yox, Tarif Şurası müəyyən edəcək”.

https://azinform.az/iqtisadiyyat/22553-bu-yol-odenisli-olacaq-qerar-verildi.html






up