Bank kartlarında bu komissiyalar artacaq
31-08-2023, 12:57

Ödəniş sistemi operatorları “Visa” və “Mastercard” bir sıra komissiyaları artırır.

Visa” və “Mastercard” müştəriləri kredit və debet kartlarından istifadə edərək alış-veriş üçün ödəniş etdikdə pərakəndə satıcılardan alınan komissiyaları artırmağı planlaşdırır.

Məlumata görə, komissiyalar oktyabrda yüksələcək.

Eyni zamanda, aprel ayında kommersiya krediti, debet və əvvəlcədən ödənilmiş kartlar üçün yeni komissiyaların müəyyən olunacağı qeyd olunur.

Komissiyalardakı artım fırıldaqçılıqla mübarizə xərclərinin artması və innovasiyalara ehtiyacla izah edilib.





up