Dövlət qurumunun tenderində MÜƏMMA - FOTO
10-08-2023, 11:08

Beyləqan Kommunal Müəssisələri Kombinatı abadlaşdırma xidmətləri aparmaq üçün mal və materialların, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və tullantı üçün yeşiklərin satınalınması ilə bağlı 3 kotirovka sorğusuna yekun vurub.

AZİNFORM.AZ xəbər verir ki, sorğulardan birinin qalibi “Vedibasar İnşaat” MMC, digər ikisinin qalibi isə “Smart Techno Services” MMC olub.

Qalib təşkilatlarla müvafiq olaraq 9,803 min manat və 39,058 min manat məbləğində satınalma müqavilələri imzalanıb.

Qeyd edək ki, “Vedibasar İnşaat” MMC-nin hüquqi ünvanı Samux rayonu, Seyidlər, qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. “Smart Techno Services” MMC-nin hüquqi ünvanı isə Abşeron rayonu, Məmmədli kəndi, ev 33, m. 44, qanuni təmsilçisi Mayılov Vaqif Firudin oğludur.

Maraqlıdır ki, qalib şirkətlərin hər ikisi eyni gündə - 15.11.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalları 50 manatdır. /ölkə.az/





up