Dollar və avro BAHALAŞDI
8-08-2023, 11:44

Türkiyə valyuta birjalarında dollar və avro günə bahalaşma ilə başlayıb.

AZİNFORM.AZ xəbər verir ki, dolların məzənnəsi artıq 27 lirəni ötüb. Belə ki, dollar 0.23 faiz bahalaşaraq 27.02 lirəyə yüksəlib.

Avro isə 0.24 faiz dəyər qazanıb. Hazırda 1 avro 29.75 lirə səviyyəsində qərarlaşıb. /cebhe.info/





up