Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.
AZİNFORM.AZ AMB-yə istinadən xəbər verir ki, Şahin Mahmudzadə sədrin müşaviri vəzifəsinə təyin edilib. Bununla da T. Kazımovun müşavirlərinin sayı 3-ə çatıb.
Qeyd edək ki, 31 yaşlı Ş.Mahmudzadə əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.
2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışıb.