Tarif Şurası dərmanların qiymətlərinə - YENİDƏN BAXACAQ
5-07-2023, 09:46

““Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən danışan nazir müavini Qanuna dəyişikliklərin vətəndaşlar üçün əhəmiyyətli olduğunu bildirib.

Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir. “Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir”, – deyə Rasim İsmayılov vurğulayıb.







up