Türk lirəsi rekord həddə UCUZLAŞDI
27-06-2023, 00:33

Türkiyə valyutası bu gün növbəti dəfə rekord həddə ucuzlaşıb. Türk lirəsinin dollara nisbətdə məzənnəsi tarixdə ilk dəfə olaraq 26 lirəni keçib.

AZİNFORM.AZ xəbər verir ki, Türkiyə Mərkəzi Bankının milli valyutaya dəstək tədbirlərlərini dayandırmağa başlamasından sonra lirə antirekord vurub. Bu səbəbdən valyuta hər gün 3% dəyər itirib. Bununla da, bir dollar üçün məzənnə 26,05 lirəyə düşüb.

Ümumilikdə ilin əvvəlindən valyuta 28% ucuzlaşıb.





up