Hansı malların təqdim olunması vergi hesablanmasına - ƏSAS VERMİR?
7-06-2023, 11:40

Hansı malların təqdim olunması vergi hesablanmasına əsas vermir?

AZİNFORM.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən şirkətin Maliyyə və Mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahimin sözlərinə görə, Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergiödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergiödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsinə görə gəlir vergisindən azadolma tətbiq edilir.

Vergiödəyicisi olmayan şəxs istifadə etdiyi şəxsi avadanlığı vergiödəyicisinə təqdim edir, proses elektron alış aktı ilə rəsmiləşdirilir. Bu halda vergiödəyicisi ödəmə mənbəyində vergiyə cəlb olunmur və vətəndaşın vergi uçotuna alınması tələb edilmir.

Qeyd edək ki, vergiödəyicisi ona təqdim edilən əmlakın vətəndaşa aid olması ilə bağlı mülkiyyət sənədi tələb edə bilər.





up