Azərbaycan Mərkəzi Bankının açıq tenderi baş tutmayıb.
Bankın xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranın satın alınması və nağd pul və qiymətlilərin daşınmasını təmin etmək üçün inkassasiya avtomobillərinin satın alınması ilə bağlı 12 aprel 2022-ci ildə elan edilmiş açıq tenderlər Tender komissiyasının 17 may 2022-ci il tarixli qərarına əsasən baş tutmamış hesab edilib.
Belə ki, buna səbəb "Dövlət satınalmaları haqqında" qanunun 11.1-ci maddəsinə müvafiq olaraq tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının üçdən az olması olub. /ölkə.az/
AZİNFORM.AZ