Azərbaycanda ət yenə BAHALAŞDI - VİDEO
28-03-2023, 17:51

Son vaxtlar istər bölgələrdə, istərsə də paytaxtda ətin qiyməti durmadan artır.

AZİNFORM.AZ xəbər verir ki, ötən il Qax rayonunda 10-11 manata satılan mal əti, indi 13-14 manata təklif edilir.

Qiymət artımından təkcə alıcılar deyil, fermerlər də narazıdır. Rayonda otlaqların olmamasına görə ot və yemin qiyməti dəfələrlə artıb.

İki il öncə 1.50-2 manata satılan ot indi 6 manata satışa çıxarılır.

Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz:





up