DİQQƏT! "Yüzlük"lərlə bağlı çox VACİB AÇIQLAMA - VİDEO
22-02-2023, 21:57
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.

Mərkəzi Bankın açıqlamasına görə, ötən il əsginasların saxtalaşdırılmasına dair 452 faktdan 323-ü məhz 100 manatlıq əsginaslarla bağlı olub. Ümumilikdə isə, Azərbaycanda tədavüldə olan hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu da beynəlxalq təcrübə ilə müqayisədə aşağı göstəricidir.

AZİNFORM.AZ xəbər verir ki, pulları təhlükəsiz edən onların mühafizə elementləridir. Məhz bu yolla saxta pulu orijinalından asanlıqla seçmək mümkündür.

Bank mütəxəssisi Ramil Məmmədov deyir ki, vətəndaşlar saxta əsginaslar ilə üzləşdikdə istənilən bankın filiallarına yaxınlaşıb onu təhvil verə bilərlər. Saxtakarlıq halı öz təsdiqini taparsa, fakt aktlaşdırılır və saxta əsginas Mərkəzi Banka göndərilir. Amma saxta pulun əvəzinə vətəndaşa orijinal pul verilmir






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up