Mərkəzi Bank manatla bağlı MÜHÜM QƏRAR VERDİ
1-02-2023, 10:53

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib.

AZİNFORM.AZ AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub.

“Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - AMB-nin bəyznatında deyilir.

Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.





up