Ucuz aviabiletlər satışa çıxarıldı, amma sistem işləmədi – VİDEO
24-12-2022, 14:07

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 10 min ucuz aviabilet satışa çıxarılıb, ancaq vətəndaşlar bu biletləri ala bilməyiblər. Buna səbəb satış başlayan kimi saytın onlayn satış bölməsinin işləməməsi olub.

AZİNFORM.AZ xəbər verir ki, AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.

Bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airveys” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 min biletin onlayn satışının həyata keçiriləcəyi bildirilib. Ancaq bu satışı həyata keçirmək mümkün olmayıb.

Bəs problemə səbəb nə olub? “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərmin Xəlilova məsələyə münasibət bildirib. O deyib ki, sayta daxil olanların sayının çoxluğu səbəbindən sistemdə çətinliklər yaranıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Gürcüstan və digər istiqamətlərə ucuz biletlər satışda olmasına baxmayaraq, Türkiyə istiqamətinə həmin biletlər yoxa çıxıb.

Nərmin Xəlilova bildirdi ki, qeyd olunan biletlər artıq satılıb.

Turizm üzrə ekspert Mobil Məmmədov isə deyib ki, ucuz biletlərin satılması ilə bağlı kampaniyalar tez-tez həyata keçirilməlidir.

Qeyd edək ki, ”Büdcə” tarifi ilə əldə olunan bilet qiymətlərinə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil. 





up