AZAL-ın Moskva-Bakı reysi üzrə biletləri bahalaşıbmı? - QİYMƏTLƏR
26-09-2022, 22:47

Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” məlumat yayıb. Məlumatda bildirilir ki, milli aviaşirkət tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri üzrə maksimal dəyəri aşağıdakı kimidir:

- ekonom sinif - 409 avro;
- biznes sinif - 769 avro;
- “VIP Club” tarifi - 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.





up