Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrılıb
29-07-2022, 11:01

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.

Bu barədə AZİNFORM.AZ-a "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov məlumat verib.

O, bu məqsədlə PFL-də klub rəhbərləri ilə iclasın keçirildiyini və şəxsi səbəblərdən toplantıya qatıla bilmədiyini vurğulayıb. Nəcəfov iclasda əyalət təmsilçisinin baş meneceri Nail Kərimovun iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edirdi.

AZİNFORM.AZ





up