Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
AZİNFORM.AZ apasport.az-a istinadən məlumatına görə, 15 oyunda ümumilikdə 95 min 262 tamaşaçı olub.
Ən çox azarkeş Bakıda keçirilən “Qarabağ” – “Lex” (5:1) matçına toplaşıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü 27 min 652 fanat tribunadan izləyib.
İkinci pillədə 20 min 22 tamaşaçı ilə “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Slovakiya) matçı yer alıb. İlk “üçlüy”ü “Ferensvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü qapayıb – 17 min 347. Digər qarşılaşmaların heç birində azarkeş sayı 10 minə çatmayıb.
Qeyd edək ki, Poznanda keçirilən “Lex” – “Qarabağ” oyunu da ilk matçlar arasında ən çox tamaşaçı toplayan görüş olmuşdu (25 min 118).
AZİNFORM.AZ