"Nə gizlədək, oyunçular hazırlıqlı deyildi" - Cavid Hüseynov
26-06-2022, 21:44

UEFA Region Kubokunda iki gün əvvəl Şamaxıda Belarusun "Kolos" komandasına 1:2 hesabı ilə yenilən "Cəbrayıl" bu gün baş tutan ikinci matçda 2:6 uduzaraq mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisinin baş məşqçisi Cavid Hüseynov AZİNFORM.AZ-a açıqlamasında məölubiyyəti dəyərləndirib:

"Azarkeşlərin bilmədiyi bəzi məqamlar var. Bunlar da heyətimizdə baş verən irimiqyaslı dəyişikliklərlə bağlıdır. Gizlədiləsi bir şey yoxdur. Üç günün içində yarım aya ərsəyə gəlmiş komanda ilə 2 oyun oynayırdıq. Yeni heyətlə inamlı mübarizə apara biləcəyimiz real görümürdü... Hücumda müəyyən qədər yaxçı oynaya bilsək də, yarımmüdafiə və müdafiə xəttində çətinlik çəkirdik. Məsələn, bugünkü oyunda ilk hissədən sonra bəzi oyunçular tempə davam gətirmədi. Bəziləri zədələndi, bəzilərində qıcolma baş verdi. Oyunçular hazırlıqlı deyildi. Nə gizlədək? Əvvəlki müsahibəmdə mövcud durum barədə danışmışdım. Futbolçuların 95 faizini yola salıb yeni oyunçuları cəlb etmək məcburiyyətində qaldıq. 

Rəqib də yaxşı komanda idi. Belarus komandası həqiqətən də güclü oyun nümayiş etdirirdi. Asan rəqib olmadığı hiss olunurdu. Bəhanə kimi səslənməsin. Mənim elə şeydən xoşum gəlmir. Amma elə səbəblər var ki, bunu səsləndirməmək absurd olardı. Yenə qeyd edirəm, 15 gün ərzində yeni futbolçulardan ərsəyə gəlmiş komanda ilə bu turnirdə çıxış etmək asan deyil. UEFA-nın tələbini yerinə yetirdik. Komandanın sütununu təşkil edən futbolçularla sağollaşmalı olduq. Qısa zaman kəsiyində Region Liqasında çıxış edən futbolçuları cəlb edib onlardan komanda formalaşdırdıq. Əvvəlcə 23 nəfər cəlb etmişdik. Amma sonradan məlum oldu ki, heyətdə ümumilikdə 18 oyunçu olmalıdır. Bu, öz təsirini göstərməli idi. Ən böyük sıxıntımız dördlü müdafiə idi. Biz arxa xətti yarımmüdafiəçilərdən düzəltmişdik. Gələk qapıçılarımıza... Onların heç birinin təcrübəsi yox idi. Yəni bu dərəcədə... Futboldur, olur. İstədik qısa zaman ərzində komanda formalaşdıraq. Rəqibin qolkiperi əməlli-başlı iş gördü... Hardan vururduqsa, reaksiya verirdi. Amma bizdə təəssüflər olsun ki, bu yöndə ciddi sıxıntı var idi".





up