AZİNFORM.AZ xəbər verir ki, 25 yaşlı sinxron üzgüçü Anita Alvarez çıxışının sonuna yaxın qəfildən huşunu itirərək batmağa başlayıb.
Həyatını itirmək təhlükəsi ilə üzləşən idmançını isə məşqçisi xilas edib. Xilasedicilərin yubanan reaksiyasını görən məşqçi cəld reaksiya verərək hovuzdakı faciənin qarşısını alıb.
Tibb işçilərinin müdaxiləsindən sonra Alvarez özünə gəlib.
Günün qəhrəmanı olan məşqçi Fuentes "Marca"ya yaşananları belə çatdırıb: "Mən tullanmalı oldum. Çünki heç kim, hətta xilasedicilər belə tullanmadı... Qorxdum, çünki Anita nəfəs almırdı. İndi o, yaxşıdır. Amma dincəlməlidir".