Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
AZİNFORM.AZ-ın məlumatına görə, 29 dövrənin yekununda qalib bəlli olacaq.
"Hitech Grand Prix" komandasından Yuri Vips sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. "Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub.
Qeyd edək ki, saat 15:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.