Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZİNFORM.AZ xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.