"Qarabağ"ın Xankəndidə olacaq oyununun tarixi AÇIQLANDI
16-11-2023, 10:58

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

AZİNFORM.AZ publika.az-a istinadən xəbər verir ki, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.





up