Futbol əfsanəsi Ronaldo dördüncü dəfə evləndi - VİDEO
26-09-2023, 22:30

Braziliya futbolunun məşhur və əfsanəvi adları arasında olan Ronaldo bir müddətdir birlikdə olduğu model Selina Loks ilə ailə həyatı qurub. Dünya futbolunun ən uğurlu adlarından biri kimi tanınan və bir dövrə damğasını vuran ulduz ən yaxşı hücumçu kimi də tanınır. 

AZİNFORM.AZ bildirir ki, əfsanəvi futbolçu Ronaldi 8 ildir eşq yaşadığı model Selina Loks ilə ailə həyatı qurub. Bu ilin yanvarında sevgilisinə evlilik təklifi edən ulduz futbolçu "hə" cavabını alıb.

Evlilik təklifi alan Selina Lok üzüyünün fotosunu paylaşaraq "Bəli" deyərək portuqal dilində "Səni sevirəm, Ronaldo" yazıb. 

Münasibətlərini evliliklə taclandıran cütlük Braziliyanın İbiza adasında toy edib.

Qeyd edək ki, Ronaldo əvvəllər Maria Beatriz Antoni, təqaüdçü model Daniella Cicarelli və təqaüdçü futbolçu Milene Domingue ilə evli idi.






up