Türkiyə millisinin baş məşqçisi işdən qovuldu
17-09-2023, 17:55

Türkiyə milli futbol komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib. Məlumata görə, Türkiyə Futbol Federasiyası rəhbərliyi alman məşqçiyə zəng edərək qovulduğunu bildirib.

Müvafiq qərar ay-ulduzlu komandanın AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 5-ci oyununda evdə Ermənistanla 1:1 hesablı heç-heçə etməsindən və yoldaşlıq görüşündə Yaponiyaya 4:2 hesabı ilə uduzmasından sonra verilib.

Qeyd edək ki, Kunts milli komandanın rəhbəri kimi çıxış etdiyi 20 matçda 12 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlə orta hesabla 1,95 xal əldə edib.






up