DİGƏR XƏBƏRLƏR
"İnter Mayami"nin futbolçusu Lionel Messinin cangüdəni Yassine Chuekonun MMA döyüşçüsü olduğu bildirilib.
AZİNFORM.AZ xəbər verir ki, o rəqiblərini nakaut etməsi ilə tanınır. Yassine Chuekonun instaqram hesabındakı paylaşımları diqqət çəkib. O, ötən il keçirdiyi döyüşlərin birindən epizodlar paylaşıb. Maraqlıdır ki, həmin döyüşü izləyənlər arasında Lionel Messi ilə Serxio Ramos da olub. Qeyd edək ki, bundan əvvəl Çuekonun ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş əsgəri olduğu iddia edilmişdi. Yassine Chuekonun Messiyə yaxınlaşmaq istəyən azarkeşlərə qarşı da sərt olduğu diqqət çəkmişdi. /metbuat.az/