İspan futbolçu Pike sevgilisi, model Klara Çia Marti ilə Xorvatiyada tətil edərkən görüntülənib. Cütlük yaxtada, çimərkən fotolar çəkdirib.
AZİNFORM.AZ bildirir ki, Pike və Klara Adriatik dənizində yaxtada romantik istirahət edərkən görüntülənib.
«Barselona"nın və İspaniyanın keçmiş futbolçusu ağ-mavi naxışlı çimərlik şortu geyinib, sevgilisi isə xaki bikinisində incə bədən quruluşunu nümayiş etdirib.
Paddleboardingdən sonra cütlük üzgüçülük eynəklərini almaq üçün yaxtaya qayıdıb. Gerard və Clara xoşbəxt görünüblər.
Xatırladaq ki, Şakira və Pike 2011-ci ildən birlikdə olub. Onlar Şakiranın Dünya Kuboku mahnısı «Waka Waka» üçün klip çəkdirərkən tanış olublar. 2012-ci ilin payızında Şakira sosial şəbəkələrdə pərəstişkarlarına oğluna hamilə olduğunu açıqlamışdı. Milanın doğulmasından cəmi iki il sonra sənətçi yeni hamiləlik xəbərini paylaşıb. /sfera.az/
AZİNFORM.AZ