Tanınmış “tiktoker”dən QALMAQALLI SÖZLƏR - VİDEO
2-09-2023, 18:35

Son vaxtlar «tiktoker» kimi sosial şəbəkələrdə fenomenə çevrilən Ceyhun Sultanov vaxtilə «Neftçi»də bərabər çalışdığı Tərlan Əhmədovun ünvanına sər ittihamlar səsləndirib.

2018-2020-ci illər aralığında idman direktoru postunu tutmuş sabiq funksioner sözügedən məşqçini futbolçulardan pul yığmaqda suçlayıb:

«Məni niyə danışdırırsız..? Siz onunla 1 gün işləsəz, üzünü görərsiz ki, necə adamdır.

O, «Kəpəz»də Tural Axundovun əliylə futbolçulardan pul yığırdı. Hər yerdə deyir ki, mən «Neftçi»ni aşağıdan götürmüşəm, gətirib üçüncü yerə çıxarmışam.

«Neftçi»də üçüncü yer nəticə sayılmır. Biz «Neftçi»də gümüş alanda mən heç meydançaya çıxıb o medalı götürməmişəm.

Çünki ikinci yerə qane deyildim, çempion olmaq istəyirdim. Tərlan Əhmədov heç yerdə yaxşı nəticə qazanmayıb.

Səni işlədiyin yerlərdə istəyən olmayıb. Sən özünü ora dürtmüsən. Bilirəm ki, səni «Neftçi»yə kim qoyub.

«Şamaxı»ya, «Kəpəz»ə səni kim tapşırıb, onu da bilirəm. Axırda «Kəpəz»ə aparan da bezdi sənin əlindən».  /sportinfo.az/





up