“Barselona” 18 yaşlı hücumçu ilə müqavilə imzaladı
13-07-2023, 01:16

“Barselona” futbol klubu “Atletiko Paranaense”nin braziliyalı hücumçusu Vitor Roke ilə müqavilə imzalayıb.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilə qədərdir.

Futbolçu gələn mövsümdən kluba qoşulacaq.

Qeyd edək ki, Roke “Atletiko Paranaense”nin heyətində bütün yarışlarda 66 oyuna çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Rokenin bazar dəyəri 18 milyon avrodur. /qafqazinfo/





up