İrəvanda "qızıl" qazanan türk idmançı uğurunu Azərbaycana həsr etdi - VİDEO
15-04-2023, 23:45

"Çox xoşbəxtik…Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

AZİNFORM.AZ  xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli altel Cansu Bektaş deyib.

"Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.

Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib./report/




up