Azərbaycanda oynamış voleybolçu HƏMCİNSİ İLƏ EVLƏNDİ - FOTOLAR
8-03-2023, 00:02

Voleybol üzrə Azərbaycan çempionatının mükafatçı Enn Buijs həmcinsi ilə evlənib.

AZİNFORM.AZ aut.az-a istinadla xəbər verir ki, artıq fəaliyyətini dayandıran "Lokomotiv"in şərəfini qorumuş niderlandlı hücumçu braziliyalı blokçu Ana Karolina Da Silva ilə münasibətlərini rəsmiləşdirib.

Onların bir-birini 2016-cı ildən sevdiyi bildirilir. Həmin vaxt "Reksona Sesc"də oynayan voleybolçular daha sonra 3 eyni komandada mübarizə aparıblar.

Hazırda Braziliyada "Praia"da çıxış edən cütlük toyunu bu ölkənin Minas-Jerays ştatının Uberlandiya şəhərində edib.

2014/2015 mövsümündə Bakı klubunda oynayan Niderland millisinin kapitanı Azərbaycan Super Liqasının gümüş medalını qazanıb.






up