Zəlzələ zamanı həyatını itirən məşhur futbolçunun son mesajları ortaya çıxıb.
Kahramanmaraşda baş verən zəlzələlər zamanı Hatayda dağıntıları altında həyatını itirən Kristian Atsunun Afrikada bir çox insana kömək etdiyi ortaya çıxıb.
O zaman bu insanlardan biri olan məşhur nigeriyalı komediya ustası "Craze Clown"un paylaşımı hər kəsi təsirləndirib.
"Craze Clown" kimi tanınan nigeriyalı komediya ustası Emmanuel Ogonna Iwueke aralarındakı yazışmaları paylaşaraq Atsunun məktəbdə oxuyarkən ona kömək etdiyini bildirib.
Atasının ölümündən sonra hər zaman Kristian Atsudan dəstək aldığını ifadə edən "Craze Clown" qanalı futbolçu ilə WhatsApp söhbətlərində "Kristian 2015-ci ildən mənə dəstək olur. Atamı itirəndə mənim koməyimə çatdı, gələnə qədər xərclərimi qarşılamağı təklif etdi. Mən məzun oldum. Sən mənim böyük qardaşımsan. Sən mənim dostum olmusan, Chris və mən sənin üçün mütləq darıxacağam. Həqiqətən göz yaşlarımı saxlaya bilmirəm. Rahat yat qardaş". deyərək post paylaşıb.