Ronaldo yeni işçi axtarır: 6 MİN AVRO ödəyəcək - FOTOLAR
29-12-2022, 13:32

Üz tutacağı yeni komandası böyük maraqla gözlənilən ulduz futbolçu Kriştiano Ronaldo yeni malikanəsi üçün işçi axtarır. İş elanı yerləşdirən Ronaldo villasında işləyəcək işçilərə 6 min avro ödəyəcək.

AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, "Mançester Yunayted"lə yollarını ayırdıqdan sonra hara transfer olunacağı maraqla gözlənilən Kriştiano Ronaldo yeni malikanəsi üçün işçi axtarır.

Ronaldo Lissabonda inşasına başladığı və 30 milyon avroya başa gələcək villası üçün aşpaz və işçi heyətini açıqlayıb.

"Sky Italia"nın xəbərinə görə, Ronaldo 3 mərtəbəli və ümumilikdə 2720 kvadratmetr əraziyə yayılan meqa villasının işləri üçün 6 min avro (təxminən 115 min TL) maaş təyin edib.

[img src=https://cdn1.ntv.com.tr/gorsel/b7No8fo9vE29kiJvkCIcvw.jpg?width=1000&mode=both&scale=both&v=1672302182051]

Bildirilir ki, 544 kvadratmetrlik bağçası olacaq villada tennis kortu, idman zalı, açıq hovuz və 20 avtomobil tutumlu qaraj olacaq.

Ronaldo ilkin olaraq 11 milyon avro hesablanan villası üçün 30 milyon avroya başa gələcək 4 işçi alacaq.

[img src=https://cdn1.ntv.com.tr/gorsel/rO4jugLc_ECb10SW_JYboQ.jpg?width=1000&mode=both&scale=both&v=1672302182051] /sherg.az/





up