Qolu kim vurub? - - Ronaldo danışdı - VİDEO
29-11-2022, 15:23

Ötən gün dünya çempionatının qrup mərhələsində keçirilən Portuqaliya - Uruqvay oyununda vurulan qol müzakirələrə səbəb olub.

AZİNFORM.AZ xəbər verir ki, qol əvvəlcə Ronaldonun adına yazılsa da, sonradan qolun müəllifi dəyişdirilərək Bruno Fernandeşin adına yazılıb. Qolu kim vurub sualı isə hələ də müzakirə edilir.

Kriştiano Ronaldo matçdan sonra jurnalist Pier Morqana mesaj göndərərək "Fikrimcə, qolu mən vurmuşdum. Topa toxunduğumu hiss etdim" yazıb. Fernandeş də bildirib ki, Ronaldo onun etdiyi ötürmə zamanı topa toxunub: "Fərqi yoxdur, elə o dəqiqə Ronaldo qolu vurmuş kimi sevindim. Məncə, Kristiano Ronaldo topa toxundu".

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Potuqaliya Uruqvay üzərində 2:0 hesablı qələbə əldə edərək 1/8 finala vəsiqəni təmin edib.



Portugal scores a goal vs. Uruguay in 54' | 2022 FIFA World Cup



up