Tanınmış futbol adamından ŞOK ETİRAF – Gey imiş…
21-11-2022, 02:26

FİFA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Brayan Svanson gey olduğunu bildirib.

AZİNFORM.AZ xəbər verir ki, o, bu açıqlaması ilə gündəm olub:

“Qətərdə keçirilən Dünya Kuboku ilə bağlı LGBT icmasından çoxlu tənqidlər oxudum. Ancaq açıq şəkildə demək istəyirəm ki, bir gey kimi özümü burada rahat hiss edirəm, xoş gəlmisiz.

FİFA prezidenti Canni İnfantino homoseksual olmadığı üçün onun buna əhəmiyyət vermədiyini düşünməyin. Bu barədə çox adamla danışdıq.

Əminliklə deyə bilərəm: biz hamı ilə maraqlanırıq. İnklüziv hüquqi şəxsik, çoxlu gey həmkarlarımız var.

Müxtəlif fikirlərə hörmət edirəm. Amma mən nəyi müdafiə etdiyimizi də bilirəm”.  /sportinfo.az/





up