Dünya çempionatlarında kapitan kimi iştirak etmiş futbolçular - FOTO
6-11-2022, 14:26

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.

AZİNFORM.AZ xəbər verir ki, bu dəfə mundiallarda kapitan kimi ən çox çıxış etmiş oyunçular açıqlanıb.

Meksika yığmasının sabiq üzvü Rafael Markes ilk sırada qərarlaşıb. 43 yaşlı keçmiş müdafiəçi 2002, 2006, 2010, 2014 və 2018-ci illərdəki yarışlarda kapitanlıq sarğısını taxıb.

Siyahıdakı digər 11 oyunçu 3 dəfə buna müvəffəq olub. Argentina yığmasından Lionel Messi, Portuqaliya millisindən isə Kriştianu Ronaldu DÇ-2022-də həmin futbolçuları geridə qoya bilər.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.  /report/






up