"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin layihəsi davam edir
26-08-2022, 18:55

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi uğurla davam edir.

Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən layihə heyyətini formalaşdırmış və satınalma planı üzrə nəzərdə tutulan mal və xidmətlərin alışına başlamışdır. İlkin olaraq layihə çərçivəsində alınması nəzərdə tutulan promo məhsulların və dəftərxana məhsullarının yüksək keyfiyyətlə təmin olunması üçün bazar araşdırması aparılmış və bu sahədə tanınmış şirkət olan “İndiqo” şirkəti satınalma tərəfdaşı olaraq seçilmişdir.

Təşkilat ABŞ-da keçirilməsi nəzərdə tutulan tədbir üçün zəruri promo məhsulların dizaynı və çapı üçün “İndiqo” şirkəti ilə müqavilə bağlamışdır. Şirkətlə bağlanmış müqaviləyə əsasən ABŞ-da keçirilməsi nəzərdə tutulan tədbir üçün məlumat lövhəsi, plakatlar, buklet, Şuşa haqqında suvenir, Şuşa haqqında kataloq, hədiyyə paketləri və dəftərxana məhsullarının hazırlanması nəzərdə tutulmuşdur. 



Bakı şəhəri, 25 avqust 2022-ci il
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

T: + 994 12 595 01 67
M: + 994 50 205 46 46
ekonomiks.ngo@outlook.com - www.ekonomiks.az
Bakı ş, Nəsimi rayonu,, R.Behbudov küçəsi, AZ1014, ev № 25, mənzil №1





up