Brilliantın həyat yoldaşı oğlunu danladı: "Qaydaları pozma" - VİDEO
19-07-2022, 00:01

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad atası Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə videosunu sosial şəbəkə hesabında paylaşıb. 

AZİNFORM.AZ xəbər verir ki, Cahad atası tərəfindən danlandığının görüntülərini yayımlayıb. 

Ə.Hacıyev bir müddət öncə 3 000 manat cərimə borcu olduğunu bildirən oğluna “Xahiş edirəm qaydaları pozma. Sonra cərimələrin məbləği daha da artır. Hər şeydən xəbərdaram, amma yenə də...”, - deyə rus dilində fikrini bildirib. 

Atasının bu sözlərinə isə Xalq artistinin oğlu “Sən hər şeydən xəbərdarsan” deyərək gülüb.

Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. 

Sözügedən paylaşımı təqdim edirik:





up