Sürücülər avtomobillərini saxlamağa yer tapmırlar - Cərimə olunurlar - VİDEO
11-07-2022, 14:56

Bərdədə bazara alış-verişə gələnlər avtomobillərini saxlamağa yer tapmırlar. Yol kənarında maşınları park edənlər isə cərimə edilir. 

AZİNFORM.AZ xezerxeber-ə istinadən xəbər verir ki, alış-verişə gələn sürücülər cərimə edilir. Görüntülər Bərdə şəhərində lentə  alınıb.

Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində , yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mərkəzinə alış verişə gələn sakinlər avtomobillərini saxlamağa yer tapmırlar. Onların sözlərinə görə, bazarın dörd bir tərəfinə dayanma durmanı qadağan edən yol nişanları qoyulub.

Üstəlik taksilərin dayanması üçündə hər hansı yer nəzərdə tutulmayıb. Taksi sürücüləri bazar ətrafinda fəaliyyət göstərmək üçün yer ayrılmasını istəyirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam Regional İstismar İdarəsindən isə bildirilib ki, sözü gedən əraziyə bir neçə il əvvəl adiyyatı qurumların müraciəti əsasında dayanma durma qadağan edən yol nişanları yerləşdirilib. Çünki həmin ərazidə avtomobillərin hərəkətində çətinlik yaranırdı. Əgər müraciət  edilərsə məsləyə yenidən baxıla bilər -deyə idarədən bildirilib.





up