Azərbaycan əhalisinə SEVİNDİRİCİ XƏBƏR - Əməkhaqları ARTIRILACAQ
4-05-2023, 23:49

“2023-cü ilin dövlət büdcəsi müzakirə olunanda orta aylıq əməkhaqqı mövzusu da müzakirə olundu və artırılması qərara alındı”

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri referans.az-a orta aylıq əməkhaqqı məsləsi ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O, orta aylıq əməkhaqqının bu ilin sonuna qədər 900 manata yaxın olmasının nəzərdə tutulduğunu bildirib:

“2023-cü ili dövlət büdcəsi müzakirə olunanda orta aylıq əməkhaqqı 808 manat nəzərdə tutulurdu. Lakin son zamanlar ölkədə aparılan iqtisadi islahatlar, əlavə dəyərin yaradılması, o cümlədən sosial siyasətlə əlaqədar dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və digər məsələlər orta aylıq əməkhaqqının nəzərdə tutulandan daha çox artırılmasına imkan yaradır. Yəni ölkəmizdə hazırda orta aylıq əməkhaqqının artırılması üçün istər iqtisadi, istərsədə sosial cəhətdən hər bir şərait var. Hazırda tam dəqiq nə qədər artırılacağı yadımda deyil və hələki dəqiq nə qədər artırılacağı da bilinmir, amma bu ilin sonun qədər hardasa 900 manata yaxın olması nəzərdə tutulur”.





up