Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edildi
1-05-2023, 23:12

TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, bu vəzifə Kamal Hacıyevə həvalə edilib.

Qeyd edək ki, K.Hacıyev bu təyinata qədər bir sıra dövlət və özəl strukturlarda, həmçinin keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.




up