Samirə Əfəndi polisə müraciət etdi: “Mən şokdayam…” - FOTO
7-03-2023, 21:26

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi hüquq-mühafizə orqanlarına müraciət edib.

AZİNFORM.AZ  xəbər verir ki, o, İnstaqramda hekayə bölümündə “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin fotosunu paylaşaraq onun sürücüsündən polisə şikayət edib: “Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir!

“Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, sürücülük vəsiqəsi verilməzdən əvvəl onlar psixoloji testlərdən keçməlidir. Mənim kimi səbrli insanı səbrsiz, əsəb xəstəsi ediblər. Şikayətimi nə geri götürəcəm, nə də boş verəcəm. Artıq bəsdir.

Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaretİ, zibili pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizliyə son verilsin. Mən şokdayam”. /teleqraf.com/






up