“Kristal Abşeron”un əyilən binası ilə bağlı daha bir VİDEO
2-03-2023, 22:53

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində binalar qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, qəzalı vəziyyətdə olan 12 tikili ilə bağlı aidiyyəti qurumlar lazımi tədbirləri görmürlər.

“Altı aya tikilən bina nə olacaq. Bina 40 santimetr əyilib. Uşaqlar qorxudan yata bilmirlər”, - deyə bina sakinləri bildiriblər.

Qeyd: Ərazidəki binaları “Kristal Abşeron” inşaat şirkəti tikib.





up