Sabah qeyri-iş günüdür? - RƏSMİ
26-09-2022, 16:01

27 sentyabr 44 günlük Vətən müharibəsinin ikinci il dönümüdür. Qeyd edək ki, bu tarix "Azərbaycan Respublikasında Anım günü” kimi qeyd edilir.

Bu səbəblə insanların bir çoxunda həmin günün iş, yaxud qeyri-iş günü olması ilə bağlı suallar yaranır.

AZİNFORM.AZ xəbər verir ki, 27 sentyabr ölkə başçısının  2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncamından sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi  uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü kimi qeyd edilir. 

Əmək Məcəlləsinin 106.1-ci  maddəsinə əsasən, həmin gün iş günü hesab edilir.





up