Əvəz Zeynallının şikayətinə nə vaxt baxılacaq?
12-09-2022, 20:56

Jurnalist Əvəz Zeynallının həbsi üzrə verilən apellyasiya şikayətinə sentyabrın 13-də baxılacaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə jurnalistin vəkili Aqil Layıc məlumat verib.

O qeyd edib ki, şikayətə sabah saat 11:00-də Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.





up