Əvəz Zeynallı və Elçin Sadıqov barəsində QƏRAR VERİLDİ
11-09-2022, 09:00

"Xural TV” youtube kanalının rəhbəri jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qərarı verilib.


AZİNFORM.AZ-ın məlumatına görə, hakim Fərid Əmirəliyevin qərarına əsasən,  Əvəz Zeynallı və Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

 

Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunur.

 

 Baş Prokurorluq əməkdaşları bu gün Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlanıb.





up