AĞIR YOL QƏZASI: 23 maşın toqquşdu - Yaralılar var (FOTOLAR)
9-09-2022, 09:47

Türkiyənin Samsun vilayətində 21 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, qəza Canik rayonunda qeydə alınıb. Məlumata görə, 23 avtomobil zəncirvari qəza törədib, nəticədə 21 nəfər yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Qeyd edilib ki, yaralanan şəxslər arasında uşaqlar da var.

Hadisə yeriə xilasedicilər cəlb olunub.






up