Azərbaycanda yaşlı qadının pensiya kartını alıb qaçdılar - ANBAAN VİDEO
8-09-2022, 13:18

Şirvanda qadına qarşı soyğunçuluq hadisəsi qeydə alınıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Oğurluq anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, bir qadın bank kartından pul çıxarmaq üçün ad soyadı bilinməyən bir kişidən kömək istəyir. Kişi isə kartdan pul çıxarsa da, qadını aldadır və pulları mənimsəyir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, baş leytenant Nizam Həmidov sorğumuza cavab olaraq bildirib ki, bu barədə şəhər Polis Şöbəsinə müraciət daxil olub:

“Sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın “102” xidmətinə, daha sonra isə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkərkən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Daxil olan müraciətlə bağlı hal-hazırda Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”. /gundem.az/





up