Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə vəfat etdi
8-09-2022, 09:37

Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.

Uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub. Nəticədə o, dünyasını dəyişib. 

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı. /qafqazinfo/





up