DİGƏR XƏBƏRLƏR
AZİNFORM.AZ xəbər verir ki, bir neçə gün öncə itkin düşməsi barədə ailəsi tərəfindən polisə müraciət olunan Gülnişan Səfərlinin yeri müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZİNFORM.AZ-a verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.
Qeyd edək ki, onunla eyni gündə itkin düşən 33 yaşlı Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.